"Ayax"ın yeni transferi Boyan Krkiç "Barselona"dan ayrılarkən seçdiyi yolun böyük səhv olduğuna görə peşmanlıq keçirir.
İdman24.az xəbər verir ki, 2011-2012-ci mövsümündə "Roma"ya transfer olan serb əsilli ispan hücumçu ötən mövsümü "Milan"da keçirmişdi.
22 yaşlı oyunçu ""Roma" və "Milan"da oynamağım bir səhv idi. 2011-ci ildə Eredivisieni seçməli idim. Özümü inkişaf etdirməliyəm. "Ayax"da bu şansı əldə edəcəyimə inanıram", deyib.
İdman24.az