Azərbaycan gimnastları Rusiyanın Krasnodar şəhərində keçirilmiş batut gimnastikası üzrə beynəlxalq turnirdə iki medal qazanıblar.
Fanat.Az Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yeniyetmələr kateqoriyasında Ömər Qasımlı ilə Fərhad Mustafayev sinxron proqramda 42.850 xalla gümüş medalın sahibi olublar.
Böyüklər kateqoriyasında çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov isə sinxron proqramda 49.300 xal toplayaraq bürünc medal əldə ediblər.