Topaz Premyer Liqasının II tur çərçivəsində baş tutacaq "Qarabağ" - "İnter" oyununun yeri və saatı dəyişdirilib. Fanat.az xəbər verir ki, qarşılaşma avqustun 16-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək və saat 18.00-da başlayacaq.
PFL "Qarabağ" - "İnter" oyununun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəyini və saat 21.00-da başlayacağını açıqlamışdı. Lakin Ağdam klubu "Tvente" ilə matça qədər mərkəzi arenanın ot örtünün qorunması üçün stadionu dəyişib.
Fanat.az