I turun "Simurq"la oyunana çıxa bilməyən "Bakı"ya vaxt verilmişdi. Belə ki, lazımı sənədləri vaxtında PFL-ə təqdim etməyən paytaxt klubunun ilk oyunu təxirə salınmış və hər şeyi yoluna qoymaq üçün avqustun 15-i son tarix göstərilmişdi. Eyni zamanda AFFA rəhbərliyi "Rəvan"a Premyer Liqaya qayıtmaq üçün "hazır ol" mesajını göndərmişdi.
Lakin qəfildən ortaya çıxan Hafiz Məmmədov bəzi klublar və AFFA ilə sözün əsl mənasında müharibəyə başladı, asossiasiyanın azad agent statsu verdiyi futbolçuları ilə bağlı hesabat tələb etdi. AFFA da cavabsız qalmayaraq rəsmi açıqlama yayaraq "Bakı"nın 7 futbolçusuna qanuni yollara azad agent statusunu verdiyini açıqladı. Hələ üstəlik Hafiz Məmmədovun klubunun 55 min manat kommunal xərclərini, həmçinin Ruslan Leviqaya və Tomaş Tomovskiyə olan 138474 dollar borcunu ödədiyrni elan etdi.
Fanat.az xəbər verir ki, bütün bunların fonunda Hafiz Məmmədov klubunun Premyer Liqada yolunun davam etməsinə qərar verib. "Bakı" kluba verilən son dəqiqəyədək - avqustunda 15-i, saat 17.00-a qədər bütün sənədləri və lazimı bank zəmanətini PFL-ə təqdim edəcək. Bununla da AFFA və PFL klubun çempionatda çıxışına davam edəcəyini açıqlayacaq.
Fanat.az