“Neftçi”nin transfer etmək üçün gözlədiyi kamerunlu futbolçu Ernest Nfor karyerasını Belçikada davam etdirmək istəmir. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun 1 illik müqaviləsi olduğu Belçikanın “Kortriyk” klubu onun “Beveren”ə keçidi ilə bağlı ortaq məxrəcə gəlib.
Ancaq bu haqda açıqlama verən “Kortriyk”in baş direktoru Patrik Turkun sözlərinə görə, Nfor ölkəmizdə oynamaqda maddi stimulu böyükdür: “Bizim “Beveren”lə transfer məbləği ilə bağlı prinsipial razılığımız vardı. Ancaq görünür, Nfor Azərbaycanda daha çox qazana bilər. Digər şərtləri razılaşdırdığımız Belçika klubu isə transfer məbləğinin hətta yarısının ödəyə bilmirdi. Biz Ernestə digər klublarda sınaqdan keçməyə imkan yaradırıq”.
Qeyd edək ki, Nfor “Neftçi”nin Avstriyadakı təlim-məşq toplanışında iştirak etdikdən sonra Belçikaya klubla müqavilə məsələsini həll edib, transfer vərəqini almaq üçün qayıdıb.
İdman24.az