Azərbaycanın yeniyetmə badmintonçuları Venesuelada keçirilən beynəlxalq turnirdə 3 kateqoriya üzrə qızıl medal qazanıblar.
Fanat.Az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Oğlanların şəxsi yarışında mübarizəyə 1/8 finaldan başlayan Ülvi Hüseynov bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.
Eyni kateqoriya üzrə qızların şəxsi yarışında Leyla Camalzadə də birinci yeri tutub.
Daha bir qızıl medal qarışıq qoşa kateqoriyasında əldə edilib. Ülvi Hüseynov – Leyla Camalzadə cütlüyü müvafiq kateqoriya üzrə yarışı ilk sırada başa vurub.