"Simurq"dan ayrılan Salif Ballonun yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, malili futbolçu Əlcəzair çempionatına üz tutub.
O, "MO Bejaia" klubu ilə müqavilə bağlayıb. Salif artıq yeni klubunda debüt edib. Çempionatın ilk turunun "Hussein Dey"ə qarşı oyununda meydana çıxan malili futbolçu dubl edib. 23-33-cü dəqiqələrdə fərqlənən Ballo komandasına qələbə qazandırıb - 2:0.
Qeyd edək ki, Ballo 2013/14 mövsümündə "Simurq"un heyətində 27 oyuna çıxıb, 1201 dəqiqə oynayıb və 1 qol vurub. O, bundan əvvəl "Xəzər Lənkəran" və "Turan"da oynayıb.
Fanat.az