13:00 18.08.2014 1162

Topaz Premyer Liqası: İki turun mənzərəsi

Premyer Liqada ilk 2 tur arxada qaldı. Fanat.az xəbər verir ki, heç də ürəkaçan olmayan tendensiya yenə də davam etdi: ümumilikdə 10 oyun keçirilməli olsa da, məlum səbəblər üzündən "Bakı" və "Simurq" digər komandalardan 1 oyun az keçiriblər.


Arxada qalan 2 turdan sonra ciddi proqnozlar irəli sürmək mümkün olmasa da, müəyyən cizgilər barədə danışmaq olar. 


Ötən mövsüm elitada qalmaq uğrunda mübarizə aparan "Sumqayıt"ın 1-ci pillədə qərarlaşması nə gözləniləndi, nə də bu komandanın həqiqi gücünü əks etdirir. "Gənclik şəhəri"nin təmsilçisi "Qarabağ"a məğlub olsa da, texniki qələbə hesabına aktivinə ilk 3 xalını yazdırdısa, Lənkəranda sadəcə, bəxt və Şahruddin Məhəmmədəliyevin möhtəşəm oyunu sayəsində cənubluları da sıradan çıxardı. Aydın məsələdi ki, "Sumqayıt" yenə də elitada qalmaq uğrunda mübarizə aparacaq. Hələliksə turnir cədvəli baş-ayaqdı.


Son mövsümün çempionu hələ ki, 1 xalla kifayətlənir. "Qarabağ"ın "İnter"lə görüşdə "az qan"la bərabərliyə nail olması gözlənilən və başadüşülən addımdı. Çünki ağdamlılar tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirlər. Belədə, tərəzinin gözündə "Tvente" ilə oyun daha ağır görsənir. Lakin yaxşı formada olan "İnter"in nəyə görə "erkən heç-heçə"yə razılaşdığını başa düşmək olmur. Hər halda Qurban Qurbanovun komandasının aşağı tempdə oynamasına ciddi əks-arqumentlər qoyub qələbəyə oynamaq olardı. Lakin Kaxaber Tsxadadze "nağdını qoyub nisyə dalınca qaçmadı". Ümumiyyətlə, hazırda yalnız "bankirlər" startda sərgilədikləri oyuna uyğun xala sahibdirlər.


"Neftçi"nin Naxçıvanda aldığı böyükhesablı məğlubiyyətdən sonra yeniyetmələrin ümidinə qalmış "Bakı"ya qarşı görüşdə də büdrəməyə haqqı yox idi. Doğrudu, "ağ-qaralar" inamlı qələbə qazanmadılar. Ancaq unutmayaq ki, Böyükağa Hacıyevi də avrokubokda ciddi sınaq gözləyir və təcrübəli mütəxəssisin əsas diqqəti hazırda "Partizan"la oyuna yönəlib. Məhz bu səbəbdən "Neftçi" və "Qarabağ"ı startda itirdikləri xallara görə qınamaq doğru olmaz. Hər iki komandanın Premyer Liqada əsl gücünü Avropa Liqasının pley-off matçlarından sonra görüb, qiymət vermək daha doğru olar.


Medallara iddialı "Xəzər Lənkəran"ın evdə büdrəməsi hələ dünyanın sonu deyil. Komanda doğrudan da gözəgəlimli futbol oynayır və ilk 2 turda yalnız fors-major hadisələr cənubluların qalib gəlməsini əngəlləyib. Ancaq lənkəranlılar mütləq qapıçı problemini həll etməlidi. O ki qaldı əldə edilən qol imkanlarından yararlanmaq məsələsinə, bunu futbolçular həll etməlidi, baş məşqçi yox.


AZAL-ın baş məşqçisi Tərlan Əhmədov komandasının avrokuboklara vəsiqə uğrunda mübarizə aparacağını iddia etsə də, start heç də istəklə bacarığın üst-üstə düşməsindən xəbər vermir. "Təyyarəçilər"in potensialı ötən mövsümdən fərqlənmir. Böyük ehtimalla AZAL yenə də ortabablar sırasında qərarlaşacaq.


Ötən mövsümün bürünc mükafatçısı "Qəbələ" haqda da hələ ki, xoş sözlər demək olmur. Hər halda Yuri Syominin qurduğu heyət daha xoş təsir bağışlayırdı. İlk turda "İnter"dən alınan ağır zərbədən sonra "Araz Naxçıvan" üzərində qazanılan çətin qələbə bu kollektivin ardıcıl 2-ci mövsüm avrokuboklara vəsiqə əldə edəcəyinə ümidləri azaldır. Hər halda marafon uzun olsa da, hər turda maksimum 3 xal qazanılır və neçənci turda necə oynamağının fərqi yoxdu.


İlk turu buraxan "Simurq" daha sonra AZAL-ı üstələdi. Lakin tarixində cəmi bir dəfə medalçılar sırasına düşən Zaqatala təmsilçisin bu mövsümdə də analoji uğuru təkrarlayacağı heç də inandırıcı görünmür.


Ötən mövsüm I divizionda çempion olmuş "Araz Naxçıvan" elita ab-havasını hələ tam dadmayıb. Bəli, evdə komanda "Neftçi"ni məğlub etdi. Özü də böyük hesabla. Ancaq Əsgər Abdullayevin rəhbərlik etdiyi kollektivin sabit oyun nümayiş etdirməsi üçün hələ çox işlər görülməlidi və ən əsası bir çox futbolçular təcrübə toplamalıdı. Naxçıvanlıların hansı yerlər uğrunda mübarizə aparacağını söyləmək üçün hələ 3-4 tura da ehtiyac var.


"Bakı"nın düşdüyü vəziyyət Premyer Liqanı tərk etməyə əsas namizəd kimi göstərilməsinə kifayət qədər əsas verir. Ancaq "Neftçi"ylə görüş "zolaqlılar"ın gənc futbolçularının çempionatın gedişatında təcrübə toplayaraq, 3-4-cü dövrədə inamlı təsir bağışlayacaqlarını proqnozlaşdırmaq üçün də zəmin yaradıb. Əlbəttə, "Bakı"nın medallar uğrunda mübarizə aparacağını söyləmək absurd olar. Lakin paytaxt təmsilçisini indidən "qəbrə" qoymaq da doğru olmaz.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu üzəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X