"Real" (Madrid) klubunun prezidenti Florentina Perez hücumçusu Kriştiano Ronaldonun komandadakı gələcək taleyi haqda danışıb.
ANN.az-ın məlumatına görə, Perez Ronaldonun karyerasını "Real"da başa vurmaq istədiyini bildirib:
"Ronaldo karyerasını "Real"da başa vurmaq istəyir. Düzdü portuqaliyalı futbolçu ilə hələlik müqavilə yeniləməmişik. Ancaq şübhəm yoxdur ki, Ronaldo karyerasının sonuna qədər "Real"da çıxış etmək istəyir. O, "Real"ın sabiq futbolçusu Zinəddin Zidanın yolu ilə gedə bilər".
Qeyd edək ki, Ronaldonun "Real"la yeni müqavilə imzalamayacağı təqdirdə yenidən "Mançester Yunayted"ə qayıdacağı iddia olunur.
İdman24.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol