14:42 18.08.2014 709

Oğuz Çətin: "Hər bir komandanı üstələyə bilərik"

“Xəzər Lənkəran” Topaz Premyer Liqasının ikinci turunda ilk ev oyununa çıxdı. Oğuz Çətinin başçılıq etdiyi komanda azarkeşləri önündə “Sumqayıt”a 0:1 hesabı ilə uduzdu. Oyundan sonra Peşəkar Futbol Liqasının saytının suallarını cavablandıran тцрк мцтяхяссис bir sıra məqamlara toxunub.


“Məqsədimiz yaxşı komanda olduğumuzu azarkeşlərə göstərmək idi”


“Cari mövsümdə doğma meydançamızda ilk oyunumuza çıxdıq. Məqsədimiz yaxşı bir kollektiv olduğumuzu azarkeşlərə göstərmək idi. Bir həqiqət var ki, biz çox yaxşı komandayıq. Amma ilk iki matçda böyük şanssızlıqlar yaşayırıq. Bütün bunların fonunda qarşıdakı oyunlarla bağlı hər hansı bir həyəcanımız yoxdu. Futbolda belə bir anlayış var ki, ani bir səhv oyunun taleyini həll edir. “Sumqayıt”la oyunda da səhvə yol verdik. Bütün bunlara baxmayaraq, biz qalan vaxt ərzində oyunu çevirmək üçün çox çalışdıq. Lakin bunu bacara bilmədik. Son 2 həftədə 5 xal itirdik. Nəticə qənaətbəxş olmasa da, çox yaxşı oynadığımızı düşünürəm. Ona görə də qarşıdakı oyunlarda uğurlu nəticələr qazanacağıq. “Simurq”la oyunda 3 xalı aktivimizə yazmalıyıq”.


“Problemin ötən ildəki kimi olduğunu demək olmaz”


“Komanda olaraq, çox sayda qol epizodları yaradırıq. Bu, çox önəmli bir məqamdı. Amma qol vurmaq daha önəmlidi. Ötən ildəki problemlə indiki problem eyni deyil. İndi bizim komandamız topla çox yaxşı davranır, topu özündə daha çox saxlayır. Ən böyük problemimiz qol vura bilməməyimizdi. Futbolçularımın lazım olan yerlərdə daha dəqiq oynaması lazımdı. Ümid edirəm ki, onlar bunu bacaracaqlar”.


“Orxan Sadıqlı bu ölkə üçün önəmli bir dəyərdi”


“Biz qapıçı axtarışlarını yekunlaşdırmışıq. Yaxın günlərdə düşərgəyə yeni qapıçı cəlb olunacaq. İndiki məqamda onun kimliyi barədə geniş məlumat vermək istəmirəm. Orxan Sadıqlının səhvlərinə gəldikdə isə deməliyəm ki, gənc qapıçı startda iki şanssız oyun keçirdi. Amma unutmayaq ki, Orxan inkişaf etməkdə olan bir qapıçıdı. Azərbaycan üçün dəyərli bir futbolçudu. Biz ona hər zaman şans verəcəyik. Amma onunla rəqabət üçün təcrübəli, yükü daşıya biləcək bir qolkiper də gətirəcəyik".


“Bizi qınamağa haqları var”


“Son iki həftədə 5 xal itirmişik. Bir komandanın başına ancaq bu qədər şanssızlıq gələ bilər. Sözsüz, nəticədə biz məğlub olmuşuq. Buna görə azarkeşlərin bizi qınamağa haqları var. “Xəzər Lənkəran” kimi komandanın iki oyunda 5 xal itirməyə haqqı yoxdu”.


“Çempionatdakı hər bir komandanı üstələyə bilərik”


“Komandamız Azərbaycan çempionatında istənilən rəqibə qarşı mübarizə apara və qalib gələ bilər. Kimdənsə zəif oynadığımızı demək haqsızlıq olar. Biz istənilən rəqiblə - “Neftçi”, “Qarabağ” və “İnter” kimi komandalarla da başabaş mübarizə aparmağa hazırıq”.


“Tounkara komandamıza geri dönəcək”


“Yay transfer vaxtının bitməsinə qədər bir qapıçı gətirəcəyik. Bundan əlavə Sadio Tounkara da geri dönəcək. Onlar gələcək və biz transfer işlərimizi yekunlaşdıracağıq”.


pfl.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:54

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı - YENİLƏNIR

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:45

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

Facebookdan bizi izləməyi unutmayın.
X