"Neftçi" sabah Nikolas Kanaleslə müqaviləni poza bilər. Bu barədə Fanat.az-a klubun mətbuat və İctimaiyyətlə Əlaqələr Departementinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
"Neftçi" avqustun 21-də Avropa Liqasının pley-off mərhələsində "Partizan"la qarşılaşacaq. Paytaxt klubu Kanalesin bu matçda oynamasını istəyir. Ancaq hələ onu sifariş edə bilməyib. Abbaszadə bildirib ki, Kanalesin transfer vərəqi sabahadək gəlməsə, müqaviləsi qüvvədən düşə bilər: "Kanaleslə bağlanmış müqavilədə belə bir bənd var. Əgər avqustun 19-una qədər beynəlxalq transfer vərəqəsi gəlməsə, yəni biz onu sifariş edə bilməsək, klubun istəyinə uyğun olaraq, müqavilə qüvvəsini itirə bilər. Kanalesi sifariş etmək üçün indi Çili Futbol Federasiyasından cavab gözləyirik".
Fanat.az