"Düzdü 3 gündən sonra Premyer Liqada III turunu oyunu olacaq. Amma bizim üçün heç bir problem yoxdu. Millidə belə toplanışlar futbolçular arasında mehribançılıq yaradır. Daha çox təcrübə toplayırıq. Bu, qarşıdakı oyunlarda bəhrəsini verəcək". Fanat.az xəbər verir ki, bu sözləri millimizin futbolçusu Elnur Allahverdiyev deyib.
Millinin üzvü Özbəkistanla oyunla bağlı fikirlərini bildirib: "Özbəkistan Asiyada uğurla çıxış edir. Şəxsən onların oyunu mənim xoşuma gəlir. Ola bilər ki, kağız üzərində biz favorit göstərilək. Ancaq bütün rəqiblərə hörmətlə yanaşırıq və bu oyuna ciddi hazırlaşırıq. Millimizlə keçirdikləri oyundan sonra onların matçlarına baxmamışam".
Dorinel Muntyanunun gəlişindən sonra Elnur "Qəbələ"də ehtiyatda qalır. Futbolçu bunun ona pis təsir etdiyini bildirib: "Adama pis təsir edir. Ancaq əhval-ruhiyyəmi pozmuram. Məşq edib, yenidən əsas heyətə dönəcəyimə inanıram".
"Xəzər Lənkəran”da Mirça Redniklə, "Qəbələ”də isə Muntyanu ilə problem yaşayırsınız. Rumıniyalı məşqçilərlə yola getmirsiz" sualına Allahverdiyevin cavabı belə olub: "İnşallah, nəyin necə olacağını gələcək göstərər. Mən də çalışacağam ki, baş məşqçinin etimadını doğruldum".
Fanat.az