AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedicilərin çempionatının II turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Xəzər Lənkəran” - “Sumqayıt” matçının 79-cu dəqiqəsində qonaqların baş məşqçisi Samir Abbasov hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb. İntizam Komitəsi onu 5 oyunluq cəzalandırıb, klubu 2500 manat cərimə edib. Samir ötən mövsüm Premyer Liqa oyununda hakimi təhqir etdiyinə görə uzun müddət cəzalanmışdı.
Fanat.az