“Qarabağ” və “Neftçi” klublarının Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarını avqustun 21-də keçirilməsi səbəbindən iki oyunun vaxtı dəyişdirilib. Fanat.az xəbər verir ki, klubların müraciətini nəzərə alan PFL bununla bağlı qərar qəbul edib:
1. Topaz Premyer Liqasının III turunun “Araz Naxçıvan” - “Qarabağ” matçı 23 avqust 2014-cü il tarixindən 24 avqust 2014-cü il tarixinə keçirilib. Əvəzedici heyətlər arasındakı matç 24 avqust 2014-cü il tarixində keçiriləcək.
2. Topaz Premyer Liqasının III turunun AZAL - “Neftçi” matçı 24 avqust 2014-cü il tarixindən 25 avqust 2014-cü il tarixinə dəyişdirilib.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol