12:27 21.08.2014 593

"Qəbələnin sakitliyinə öyrəşmişik" - MÜSAHİBƏ

"Qəbələ"nin yeni transferi Adrian Ropotan klubun rəsmi saytına müsahibə verib. Fanat.az xəbər verir ki, rumın legioner komandanın hazırkı durumu, məşqlərin gedişi və Qəbələdəki həyatı barədə danışıb. Yarımmüdafiəçi komandada əla atmosferin hökm sürdüyünü, özlərini bir ailə kimi hiss etdiklərini vurğulayıb.

- İlk turda “İnter”lə matçda oyunumuz alınmadı. Bu səbəbdən nəticə bizim üçün uğursuz oldu. İkinci turda doğma meydanda “Araz Naxçıvan”ı məğlub etməyi bacardıq. Oyun boyu bir çox qol epizodları yaratsaq da, yalnız birini reallaşdıra bildik. Ən önəmlisi 3 xalı qazanmaqdı. Bu qələbə ötən məğlubiyyəti unutmaq və gələcək oyunlara köklənmək üçün çox vacib idi. Hazırda komandada əla atmosfer hökm sürür. 

- Növbəti turda səfərdə “Bakı” ilə qarşılaşacaqsınız. Hazırlıqlarınız necə gedir?
- “Bakı” ilə oyuna səylə hazırlaşırıq. Bu mövsüm ilk səfər qələbəmizi qazanmaq istəyirik. Məşqlərimiz və çalışmalarımız öz bəhrəsini verir. Ümid edirik ki, qarşıdakı oyunlarda yaxşı nəticələr qazanmaqla bunu sübuta yetirəcəyik. Komandadakı yeni futbolçuların çoxluğunu nəzərə alsaq, oyun praktikası da önəmlidi. Tam komplektləşmək üçün hələ bir yerdə çox oynamalıyıq. 

- Yeni futbolçulardan söz düşmüşkən, “Qəbələ”yə bu mövsüm qoşulan futbolçuların komandaya öyrəşdiyini demək olar?
- Bütün futbolçuların komandaya öyrəşdiyini əminliklə deyə bilərəm. Bunun müşahidə etmək üçün məşqlərimizi, gündəlik həyatımızı izləməyiniz yetərli olar. Baş məşqçimiz intizamlı, möhkəm, mehriban kollektiv qurmağı bacarıb. Özümüzü bir ailə kimi hiss edirik. 

- Qəbələdə həyatınız necə keçir? Sözügedən şəhərin sakitliyinə öyrəşə bilmisinizmi?
- Burada gözəl təbiət, gülərüz, mehriban insanlar var. Qəbələnin sakitliyinə öyrəşmişik. Belə həyat tərzi məşqlərə, oyunlara diqqətimizi kökləmək üçün idealdı. Bizim üçün önəmli olan futbol oynamaq üçün gözəl şəraitin olmasıdı ki, bu baxımdan da bazamız bütün tələblərə cavab verir. Özümu burada çox yaxşı və rahat hiss edirəm. 

gabalafc.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

Facebookdan bizi izləməyi unutmayın.
X