16:15 21.08.2014 547

Vaqif Cavadov: "Hər oyuna Azərbaycan bayrağı ilə çıxacağam"

Azərbaycan milli komandasının və Türkiyənin “Qaziantep BB”  klubunun hücumçusu Vaqif Cavadov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. Futbolçu söhbət əsnasında bir sıra maraqlı məqamlara toxunub.

- “İnter”dən ayrıldıqdan sonra Türkiyənin I liqa təmsilçisi “Qaziantep  BB” ilə anlaşdınız. Türkiyə klubunda sizi necə qarşıladılar, klubun sizə ümidləri nədən ibarətdi?
- Türkiyədə məni çox yaxşı qarşıladılar. Müqavilə imzalama mərasimində klubun prezidenti və digər yüksək vəzifəli şəxsləri iştirak etdilər. Mənə ümidlər böyükdü. Bu məsuliyyəti dərk edərək deyirəm ki, Türkiyəyə turist  kimi getməmişəm. İndi hər şey özümdən asılıdı. Məşqlərdə özümü yaxşı tərəfdən göstərib, mütəmadi olaraq, əsas heyətdə oynamalıyam. Öz oyunumda inkişafa nail olmaqla yanaşı, ölkəmizi də layiqincə təmsil etməliyəm.

- Baş məşqçi Nurullah Sağlam sizin barənizdə danışarkən deyib ki, “Vaqif Cavadov hədəfi mütləq çempionluq olan komandaya transfer edildiyini anlamalıdı”. Bu cümlə sizdə hansı hissi formalaşdırıb?
- Nurullah Sağlamın belə deməsini normal qarşılayıram. Çünki Sağlam həmişə məqsədləri olan komandaya rəhbərlik edib. Elə mən də həmişə çempionluq uğrunda yarışan kollektivdə çıxış etmişəm. “Qaziantep BB” klubunu seçməyimdə Nurullah Sağlam amilinin rolu böyükdü.

- Sizinlə yanaşı U-21 millimizin üzvü Rəhman Hacıyev də “Qaziantep BB”da oynayır. Yəqin ki, bu sizin üçün də üstünlükdü...
- Əlbəttə, heyətdə yer alan bütün futbolçularla dostluq münasibətim var. Amma Rəhmanın yeri başqadı. Onunla hər mövzuda danışa bilirəm.

- Bir qədər geri qayıdaq. “İnter”dən ayrıldıqdan sonra adınız “Xəzər Lənkəran”la hallandı. Bəs necə oldu ki, “Xəzər Lənkəran”la yox, “Qaziantep BB” klubu ilə anlaşdınız?
- Açığı, bu iki klubdan başqa, “Qəbələ”dən də təklif var idi. Məsələ seçim etməyə gəldikdə, Türkiyə klubunun  təklifi daha yaxşı oldu. Onlar mənim futbol oynamağım üçün hər cür şərait yaratdılar. 

- Siz Türkiyə I liqasının səviyyəsinin hər keçən il bir az daha düşməsi ilə razısınız?
- Səviyyə düşür? Mən deməzdim. Türkiyə I liqasını görməmişdim. Gedib gördüm və təəssüratlarım yüksəkdi. Hesab edirəm ki, düzgün seçim etmişəm.

- Türkiyədə çıxış edən azərbaycanlı futbolçular (Rəşad Sadıqov istisna olmaqla) milli atributlarımızdan istifadə etməyiblər. Sizin məsələ ilə bağlı nə kimi planlarınız var?
- İnşallah, hər oyuna biləyimdə Azərbaycan bayrağı ilə çıxacağam. Məqsədim həm ölkəmizi təmsil etmək, həm də komandamın uğurlarında pay sahibi olmaqdı.

-Klubunuzun maddi vəziyyəti necədi?
- Bu baxımdan hər hansı bir problem yaşamırıq. Komandamız Türkiyədə transfer bazarının fəallarındandı.

pfl.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu üzəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

Facebookdan bizi izləməyi unutmayın.
X