"Simurq" Topaz Premyer Liqasının III turunda qarşılaşacağı "Xəzər Lənkəran"la matç öncəsi heyətini gücləndirir. Fanat.az aut.az saytına istinadən xəbər verir ki, Zaqatala təmsilçisi yeni hücumçunun yolunu gözləyir.
Futbolçunun kimliyi dəqiq məlum olmasa da, onun bir neçə gün ərzində "Simurq"la müqavilə imzalayacağı dəqiqdi. Artıq futbolçu ilə danışıqlar yekunlaşıb və onun sabah Bakıya gələcəyi gözlənilir.