Yeni mövsümə hazırlıqları davam etdirən "Simurq"n uşaq futbol məktəbi artıq komandaların kompleksləşdirilmə işlərini tamamlamaq üzrədi. Fanat.az xəbər verir ki, geniş seleksiya işləri aparan məşqçilər korpusu Zaqataladan və yaxın rayonlardan istedadlı uşaqları müxtəlif yaş qruplarına dəvət edərək yeni mövsümə hazırlıq işləri görüb.
Bu mövsüm "Simurq" U-19, U-17, U-16, U-15, U-14, U-13, U-12, U-11 və U-10 komandaları ilə bütün aşağı yaş qruplarından ibarət liqalarda iştirak edəcək. U-19-a Mahir Əliyev, U-17-yə Telman Kərimov, U-16-ya Fərəc Bulacov, U-15 və U-14-ə Elnar Məmmədov, U-13-ə İlqar Aslanov, U-12-yə Aydın Əlizadə, U-11-ə İdris Bədirov və U-10 komandamıza Quliyev Sönməz rəhbərlik edəcək.
Komandalar məşqlərlə yanaşı, yoldaşlıq görüşlərində də güclərini sınaqdan keçirməkdədi. U-19 bu gün Zaqatala şəhər stadionunda "Qəbələ"ni qonaq edib. Qarşılaşmadan Mahir Əliyevin yetirmələri 4:3 hesabı ilə qalib ayrılıb. Zaqatala təmsilçisinin qollarını Ravil Yusifli (2), Tural Məmmədov və penaltidən Ariz Məmmədov vurub.
Fanat.az