"Xəzər Lənkəran" yeni transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, cənublular Cahangir Həsənzadə ilə 1 illik müqavilə imzalayıblar.
Son 5 mövsümü AZAL-da keçirmiş təcrübəli əlcək sahibi "Xəzər Lənkəran"a azad agent statusu ilə keçib.
Qeyd edək ki, 2009-2014-cü illərdə AZAL-da çıxış etmiş qolkiper bir müddət əvvəl "Araz Naxçıvan"la müqavilə bağlasa da, sonradan Muxtar Respublika klubundan ayrılmışdı. Cahangir əvvəllər MOİK (Bakı), "Fərid" (Bakı), "Şəfa", "Bakılı", "Neftçi", "Qarabağ", "İnter", "Qəbələ", "Voln" (Ukrayna) və "Tavriya" (Ukrayna) klublarının şərəfini qoruyub, milli komandada 34 oyun keçirib.
Fanat.az