Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərovun və Niyaməddin Paşayevin rəhbərliyi ilə milli komanda 10 iyul tarixində dünya çempionatına yollanır.
Meksikanın Puebla şəhərində keçiriləcək dünya çempionatına 15 idmançı ilə qatılacaq millimizin baş məşqçisi, əməkdar məşqci Ələkbər İmaməliyev və böyük məşqçi Elnur Amanov heyətə Mikayıl Əliyev (-54 kg), Maqomedyasin İbrahimov (-58 kg), Fariz Əliyev (-63 kg), Elvin Məmmədov (-68 kg), İlkin Şahbazov (-74 kg), Ramin Əzizov (-80 kg), Radik İsayev (-87 kg) və Ceyhun Həsənlini (+87 kg) cəlb edib.
Qadinlardan ibarət seçmə komandanın baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev isə heyətə Türkanə Tahirli (-46 kg), Patimat Abakarova (-49 kg), Səbinə Mikayılova (-53 kg), Günay Ağakişiyeva (-57 kg), Darya Qorbaçeva (-62 kg), Fəridə Əzizova (-67 kg), Marina Tedeevanı (73 kg) daxil edib.
Milli komanda iyulun 25-də vətənə dönəcək.
İdman24.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol