Peşəkar Futbol Liqası Premyer Liqanın iki oyununu təxirə salıb. Fanat.az xəbər verir ki, III turun "Araz Naxçıvan" - "Qarabağ" və AZAL - "Neftçi" oyunları keçirilməyəcək.
“Qarabağ” və “Neftçi” Peşəkar Futbol Liqasına müraciət edərək, Avropa Liqasının pley-off mərhələsində çıxış etdiklərini və hər iki klubun ölkəmizi bu turnirin qrup mərhələsində təmsil etmək şansının yüksək olduğundan Topaz Premyer Liqasının III turunun matçlarının təxirə salınmasını xahiş edib. Yuxarıda göstərilənləri və yarışların əsasnaməsinin 3.19 bəndini nəzərə alan PFL “Araz Naxçıvan” - “Qarabağ” və AZAL - “Neftçi” matçları başqa tarixə keçirib.
Fanat.az