Teymur Axundov beynəlxalq yarışa təyinat aldı

Teymur Axundov beynəlxalq yarışa təyinat aldı

Azərbaycan Atletika Federasiyasını (AAF) təmsil edən beynəlxalq dərəcəli hakim Teymur Axundov Polşanın Belostok şəhərində keçiriləcək "Mityng Ambasadorów" beynəlxalq yarışına təyinat alıb.

Fanat.Az AAF-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, texniki deleqat və dopinq nəzarəti üzrə məsul şəxs kimi fəaliyyət göstərəcək.

Axundov yarış zamanı idmançılar üçün bərabər və ədalətli rəqabət mühitinin təmin edilməsinə, həmçinin dopinq qaydalarına riayət olunmasına nəzarət edəcək.

Qeyd edək ki, "Mityng Ambasadorów" Polşada atletika üzrə nüfuzlu idman tədbirlərindən biri hesab olunur və dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli idmançıları bir araya gətirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər