Qaret Beylin "Real Madrid"ə transfer olma ehtimalı azarkeşlər kimi klub yoldaşlarını da hürküdür.
İdman24.az xəbər verir ki, "Tottenhem"in oyunçuları Jermain Defoe və Maykl Dawson Beylə klubda qalma çağırışı etdilər. Defoe "Onun klubda qalması çox vacibdir. Çempionlar Liqasına girmək üçün belə oyunçular lazımdır", deyib.
Dawson isə "O, keçən mövsüm klubda böyük işlər gördü. Ümid edirəm klubumuzda qalar", deyə bildirib.
İdman24.az