"Xəzər Lənkəran" Premyer Liqanın III turunda "Simurq"un qonağı olacaq. Fanat.az xəbər verir ki, saat 19.00-da baş tutacaq matçın heyətləri artıq açıqlanıb.
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin "Sumqayıt"a məğlub olan heyətdə bəzi dəyişikliklər edib. Ötən həftə qırmızı vərəqə alan Orxan Sadıqlının əvəzində start heyətində yeni transfer Cahangir Həsənzadə yer alıb.
Baş məşqçi "Sumqayıt"la oyunda start heyətində şans verdiyi Elnur Abdullayevlə Manuel Skarlatakeni ehtiyata göndərib, Deyan Blajevskinin adını "18-liy"ə salmayıb. Əvəzində ötən həftə ehtiyatda qalan Tural Cəlilov və Rasim Ramaldanov, həmçinin 63-cü dəqiqədə meydana çıxmış Ağabala Ramazanov ilk "11-lik"də yer alıb.
Fanat.az