"Sabah təkcə klubumuz üçün yox, hər bir futbolçumuz üçün vacib oyun olacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Karlos Kardoso deyib.
"Neftçi" sabah Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiyanın "Partizan" klubunu qəbul edəcək. Bu gün keçirilən mətbuat konfransına qatılan braziliyalı futbolçu fikirlərini bildirib: "Mən heç vaxt Avropa Liqasının qrup mərhələsində oynamamışam. Ona görə də məndə böyük həvəs var".
Kardoso ilk oyunda cəza səbəbindən oynamamışdı. Futbolçu həmin qarşılaşmanı şərh edib: "Müdafiəçilərimizin ilk oyunda vurduqları avtoqolları şərh etmək mənim üçün çətindi. Bunlar sadəcə, oyun epizodları idi. Bir avtoqol normaldı, amma ikisi əsl sürprizdi. Çalışmalyıq ki, səfərdəki səhvləri təkrarlamayaq".
Fanat.az