"Sumqayıt" transfer çalışmalarını davam etdirməkdədi. Fanat.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "İnter"də çıxış etmiş Cəmil Hacıyevi heyətinə qatıb.
20 yaşlı müdafiəçi "Sumqayıt"la 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Sumqayıt” yay transfer dönəmində bunadək Ruslan Poladov, Ramazan Abbasov, Taqim Novruzov, Ceyhun Cavadov, Orxan Əliyev, Təvəkkül Məmmədov, Tofiq Mikayılov, Kamil Nurəhmədov, Slavik Alxasov, Kiyan Sultanpur və Murad Ağayevi rənglərinə bağlayıb.
Fanat.az