“Turan”ın keçmiş baş məşqçisi Naci Şensoy “Qarabağ” və “Neftçi”nin avroliqadakı çıxışını dəyrləndirib. Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis “Neftçi”nin “Qarabağ”dan daha şanslı olduğunu bildirib:
“Azərbaycan futbolunda Avroliqanın qrup mərhələsində oynamış bir komanda - “Neftçi” var. Amma “Qarabağ” da Avroliqada uğurla çıxış edib. Onu vurğulayım ki, bu mərhələdə “Neftçi”nin şansı daha böyükdü. Çünki “ağ-qaralar” çox asan şəkildə qol vura bilən bir komandadı. Amma “Neftçi” həm də çox asanlıqla qol da buraxır. “Partizan” təcrübəli komandadı. “Neftçi” müdafiəsini azacıq da olsa düzəldə bilərsə və qol buraxmazsa, inanıram ki, “Partizan”a qalib gələcək. “Qarabağ” isə güclü “Tvente” ilə oynayacaq. Onun da şanslar az deyil. Ancaq “Qarabağ”ın futbolçuları özlərinə olan inamı evdə olduğu kimi Hollandiyada da göstərməlidilər. Belədə səfərdən müsbət nəticə ilə qayıda bilərlər”.
publika.az