“Düzü mən qızıl medal qazanacağıma inanmırdım”. Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycanın ağır atletika idmançısı Firudin Quliyevə məxsusdur.
Atletimiz Rusiyanın Kazan şəhərində keçirilən XXVII Yay Universiadasında toplamda 323 kq (142 kq + 181 kq) nəticə göstərərək qızıl medal qazanmasına şərh verib: “Əlbəttə bura medal qazanmaq arzusu ilə gəlmişdim. Lakin universiadanın qalibi olacağıma inanmırdım. Amma yarış vaxtı hiss etdim ki, rəqiblərimdən daha ağırını qaldıra bilirəm və uğur qazanacağam. Dövlətimə, məşqçilərimə, federasiyamıza minnətdaram ki, bir idmançı kimi hazırlanmağıma hər bir şərait yaradılıb.”
Qeyd edək ki, Quliyev həm təkanla qaldırma, həm də toplamda Universiadanın iki rekordunu yeniləyib. O, çinli atlet Liao Huyun 28 noyabr 2007-ci ildə müəyyənləşdirdiyi 190 kq-lıq rekordu qırmağa müvəffəq olmayıb.
İdman24.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol