17:19 29.08.2014 670

Ramin Musayev: "Bəzən futbol ictimaiyyəti haqsızlığa yol verir"

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “Qarabağ”ı Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib. Fanat.az xəbər verir ki, qurumun rəsmi saytına danışan Musayev “Qarabağ”ın uğur qazanmasını ölkədə idmana göstərilən dövlət qayğısı ilə əlaqələndirib.

PFL prezidenti eyni zamanda, Avropa Liqasının pley-off mərhələsinə qədər irəliləyən “Neftçi”nin çıxışını da təqdirəlayiq hesab edib: “Qarabağ”ın qrup mərhələsinə vəsiqə qazanması, “Neftçi”nin isə pley-off mərhələsinə qədər irəliləməsi ilk növbədə ölkədə idmana göstərilən dövlət qayğısının nəticəsidir. Cənab prezident İlham Əliyev idmanın inkişafını daim diqqət mərkəzində saxlayır. Məhz bunun nəticəsidir ki, 2 il öncə “Neftçi”, dünən isə “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Bütün bunlar sevindirici məqamdır. Sözsüz, biz istərdik ki, hər iki komandamız Avropa Liqasının qrup mərhələsində eyni zamanda çıxış etsin. Amma futbolda məğlubiyyəti də qəbul edib, ondan nəticə çıxarmaq lazımdır. “Qarabağ”ın Avropa Liqasında oynaması ölkədə futbolun inkişaf etməsinin göstəricisidir. Düzdür, AFFA və PFL-i işləməməkdə günahlandıranlar var. Lakin faktdır ki, AFFA rəhbərliyi dəyişdikdən sonra bu tip uğurlara imza ata bilmişik. Rövnəq Abdullayev AFFA prezidenti təyin olunduqdan sonra futbolun keçdiyi inkişaf yoluna nəzər salaq. Vaxt var idi ki, komandalarımız 1 mərhələ keçəndə bayram edirdik. Amma bu gün biz qrup mərhələsini uğur sayır və irəli baxırıq. İki il öncə isə “Neftçi” bizi bu nəticə ilə sevindirmişdi. Dünən “Neftçi” pley-offda dayansa da, onları da təbrik edirəm. Biz işimizi tam görməmişik. Bundan daha yaxşı nəticələrə imza atmağa çalışacağıq. Ümidvaram ki, gələcəkdə qrup mərhələsində oynayacaq komandalarımızın sayı daha da artacaq. Azarkeşlərimiz bu sevinc anlarını yaşamağa layiqdirlər. Mən “Qarabağ”la yanaşı, “Neftçi”ni də təbrik edirəm. Bəlkə də məni bu təbrikə görə günahlandıra bilərlər. Amma unutmayaq ki, “Neftçi” qrupun bir addımlığında dayanıb”. 

Ramin Musayev son uğurların memarlarının yerli məşqçilər olduğunu da əlavə edib: “Mənim sözlərimi bəzən başqa cür başa düşürlər. Amma bu bir həqiqətdir ki, çempion komandaya da, kubokun sahibi olan komandaya da yerli məşqçi rəhbərlik edir. Bu gün pley-off mərhələsində dayanan və qrup mərhələsinə adlayan da yerli məşqçidir. Bəzən futbol ictimaiyyəti haqsızlığa yol verir. Amma bir qədər sakit şəkildə analiz etsələr, görərlər ki, bu ölkədə futbol həqiqətən də inkişaf edir”.

Fanat.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:54

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı - YENİLƏNIR

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:45

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X