İngiltərə çempionu "Baku United" futzal üzrə UEFA Kublokunun təsnifat mərhələsində ikinci oyununu keçirib. Fanat.az xəbər verir ki, Azərbaycan klubunun budəfəki rəqibi İsveç "Malmö"sü olub.
"Baku United" yenə darmadağına sevinib - 10:0. İngiltərə çempionunun heyətində Tobe het-trik, Aqon Reha dubl edib, Marselo, Karlos, Keni Paulinyo və Jose Karlos hərəyə bir qol vurub.
Qrupun digər oyununda Bosniya və Hersoqovina "Sarayevo"sı Cəbəllütariqin "Gibraltar Skorpions" klubunu 10:7 hesabı ilə yenib.
Qeyd edək ki, "Baku United" ilk turda "Gibraltar Skorpions"a 10:0 hesabı ilə qalib gəlmişdi. Azərbaycan klubu son oyununu sabah "Sarayevo"ya qarşı keçirəcək. Hər iki komandanın aktivində 6 xal var. "Baku United" top fərqinə görə rəqibini qabaqlayır.
Fanat.az