UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu mərhələdə cəmi dörd klub iştirak edirdi.
San Marinonun “Tre Penne” klubu ilk oyunda böyük hesabla uduzduğu Ermənistan “Shirak”ından qisas almağa çalışsa da, buna nail ola bilməyib. Andorranın “Lusitans” klubu isə Farer adalarının “Streymur” komandasının qonağı olub. Ada təmsilçisi darmadağınla növbəti mərhələyə adlayıb.
Çempionlar Liqası
Birinci təsnifat mərhələsi (ilk oyunlar)
9 iyul
Streymur (Farer adaları) - Lusitans (Andorra) – 5:1 (ilk oyun 2:2)
Qollar: A.Hansen, 3, L.Hanssen, 38; 85; 90, Zaxaryasen, 72 - Reys, 66.
Tre Penne (San Marino) - Shirak (Ermənistan) - 1:0 (ilk oyun - 0:3)
Qollar: Kadio, 2-öz qapısına.
İdman24.az