“Səbail”in baş məşqçi postuna 3 namizəd (Samir Əliyev, Tərlan Əhmədov, Ağasəlim Mircavadov) olduğunu yazmışdıq. Fanat.Az-a verilən son məlumata görə, Premyer Liqaya vəsiqə qazanan klubun rəhbərliyi seçimini edib.
Bakı təmsilçisini Samir Əliyevin çalışdıracağı dəqiqləşib. Tərəflər görüşüb və klub rəsmiləri Samir bəyin şərtlərini qəbul edib. Hazırda “Neftçi”də işləyən Əliyevin təyinatıyla bağlı ictimaiyyətə rəsmi məlumat qarşıdakı həftədə veriləcək.
Fanat.Az