Əsgər Abdullayev "Sumqayıt"la oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Araz Naxçıvan"ın baş məşqçisi hakimlikdən narazı qalıb:
"Oyun barəsində heç nə danışmaq istəmirəm. Bir sözüm var, rəqibi təbrik edirəm. Mən oyun görmədim. Hakimlik barədə danışmaq istəmirəm. Sadəcə, onu deyim ki, hakimin kobud səhvləri oldu. Bizim vaxtımızda qapıya gedən topu müdafiəçi əl ilə saxlayanda penalti verilir. Görünür indi qaydalar dəyişib".
Qeyd edək ki, oyunu Ömər Paşayev, Rza Məmmədov, Coşqun Həsənov və Mahir Məmmədovdan ibarət hakimlər briqadası idarə edib.
Fanat.az