Baş məşqçisinin kimliyinə aydınlıq gələn “Səbail”in heyətə qatacağı futbolçulardan birinin kimliyi məlumdu. Fanat.Az-a verilən məlumata görə “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi olan Samir Əliyev potensialına bələd olduğu yetirməsini yanına aparır.
Bu, gələcək vəd edən futbolçulardan sayılan Aqşin Qurbanlıdı. “Neftçi” rəhbərliyi Aqşinin getməsinə əngəl olmasa, onu növbəti mövsümdən Əliyevin sərəncamında görəcəyik.
Fanat.Az