14:25 11.05.2017 1059

Məni bağışlamaq olarmı?

Etibar Cəbrayıloğlu


Ay İlqar, sənə deyim... Yaxşı, tutaq ki, mənim başım qarışıq idi, Masazıra getmişdim, ona görə də xəbərim olmayıb. Öz gözəl-göyçək, cəmi səkkizcə komandalı milli futbol çempionatında mövsümün başa çatmasını bilməmişəm. Dost və yoldaş Tağıyev, sən axı zəng edib xəbər verə bilərdin. Kontur bir səndədi, bir də ingilisdə. Bir az öz səhvimdən, bir az da İlqarın səhlənkarlığından o yekəlikdə hadisədən qəti xəbərim olmayıb.


İndi də heç bilmirəm təzə rənglənmiş küçəyə necə çıxım... Nə bizim Premyer Liqada top və mühasib qovan futbolçuların üzünə, nə də ilboyu stadionlarımızda tum çırtlayan 123 azarkeşin gözünə baxa bilirəm. Oturmuşam evdə, məcburiyyətdən “Real"la “Barselona"nın oyunlarına baxıram. Aradabir də “Qarabağ"ın “Rəvan"a uduzduğu oyunun videoyazısını təkrar-təkrar izləyirəm. Əlacım nədi ki...


Bizdə milli çempionat deyilən şey davam etsəydi, gedərdim elə Şüvəlana, rəhmətlik AZAL-la “Kəpəz"in toz-tozanaq qopan qarşıdurmasına baxardım da. Amma və bir az da lakin bizim PFL builki mövsümü lap erkən, tələm-tələsik bitirdi. Biz tərəflərdə əvvəllər kasıb toyu belə tez qurtarardı. Deyərdilər, el-obadan, dost-düşməndən ayıbdı, qoy görməsinlər ki, məclis sönük keçir.


Kasıb toyu demişkən, yerli “İnter" də qaldı ağzı günə. Gördülər ki, bankirlərdən bir şey çıxmır, tez keçdilər


AFFA tərəfə. Yazıq, babal AFFA... Hansı klubun pul-parası kəsilir, qaçır Nobel prospektindəki şüşəli binaya. Yerli və legionerli futbolçularımızın hamısı elə bilir ki, AFFA-nın ofisindən neft çıxır. Federasiyada çalışanlar da milyonçudular, pula pul demirlər.


Neft dedim, yenə qanım qaraldı. Mənə deyən lazım, sənin axı neftlə-mazutla nə işin ki, üstü-başın da bulaşsın, qanın da qaralsın. Futboldan yazmaq istəyirsən, otur yaz da, qapqara neftin bizim gül kimi futbola nə dəxli? “Bakı" klubu ilə yaşıdsan, “MKT Araz"dan bir bayram böyüksən, heç indiyə kimi görmüsən ki, Ramil Diniyev “Neft Daşları"nda çalışan buruq ustasına, çilingərə sarı vərəqə versin?


Təkrar kimi çıxmasın, mən Masazıra getdiyimə görə milli çempionatın başa çatdığını bilməmişəm, Allah saxlamış İlqar da vaxtında xəbər eləməyib. Yaxşı, bəs bizim FİFA köynəyi geyən referilərimiz harada aranı bir-birinə qatacaq? 79 azarkeş “İnter Arena”dan şəhərin mərkəzinə qədər kimi söyə-söyə qayıdacaq? Mən hələ Zirədə futbola baxıb geri dönənləri demirəm.


Yox, belə olmaz, kəsinliklə olmaz. 8 komandanın yarı məcbur, yarı xoş qatıldığı çempionatı belə tez-tələsik bitirmək doğru hərəkət deyildi. PFL gecə-gündüz fikirləşib nəsə çarə tapmalıdı. Kabab iyinə gəlib uzunqulaq dağlandığını görən legionerlər özləri bilərlər, can onların, Somali Tanrının. Amma və bir az da lakin yerli futbolçularımızı belə erkən ev-eşiklərinə buraxmaq düzgün hərəkət deyildi. Oxuduğumdan, eşitdiyimdən belə yəqin etdim ki, növbəti mövsümdə neçə komandanın məcburən yarışa qatılacağı, yeni çempionatın nə zaman başlayacağı hələ bilinmir. Bu müddətdə bizim futbolçular bekarçılıqdan ya “avtoşluq" edib camaatın üstünə maşın sürəcək, ya da qəlyan sümürə-sümürə selfi çəkdirəcəklər.


Hansı tərəfdən baxsan, Premyer Liqamızın belə tez bitməsi düz gəlmir. Mən şəxsən PFL-dəki dostlarımıza möhkəm arxayın idim, elə bilirdim ki, səkkiz komandanı düz mayın axırına qədər ora-bura qaçırıb vaxtı uzadacaqlar. Bu çempionat heç maya da çıxmadı...


Bir-iki həftəlik Masazıra getməyə peşman oldum, qayıdanda bir də eşitdim ki, gül kimi çempionatımız qurtarıb, futbolçular da gediblər ev-eşiklərinə. Bu yekəlikdə hadisədən vaxtında xəbər tutmamışam. Mövsüm ərzində səkkiz komandanın oyunlarına baxan 123 azarkeş, siz deyin, məni bağışlamaq olarmı?


“Het-trik news” qəzeti

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X