AZAL-ın hücumçusu Viktor İbekoyi karyerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onu PTT Birinci Liqada mübarizə aparan “Adana Demirspor” heyətinə qatmaq istəyir.
Vaxtilə Amit Quluzadənin çıxış etdiyi bu klub İbekoyiyə təklif göndərib. Amma uzun müddətdi ölkəmizdə çıxış edən futbolçunun bu dəvəti qəbul edib-etməyəcəyi hələlik bilinmir.
Qeyd edək ki, bu yay İbekoyinin də AZAL-dan gedəcəyi gözlənilirdi. O, hətta bir ara Türkiyədə olmuş və bəzi klublarla danışıq da aparmışdı. Lakin bir müddət öncə İbekoyi AZAL ilə daha bir illik müqavilə imzaladı. Bu üzdən mümkündü ki, “təyyarəçilər” onu buraxmasın.