"İnter" məşqlərini bərpa edib. Fanat.az xəbər verir ki, milli oyunlara görə çempionatda yaranmış fasilədən yararlanaraq "Xəzər Lənkəran"la matçdan sonra futbolçularına istirahət verən bank klubu bu gün "İnter Arena"da məşqə çıxıb.
Məşq prosesi eyni məsafəyə qaçışlardan ibarət olub. Komanda axşam da məşq edəcək.
Qeyd edək ki, səhər məşqində Azərbaycan milli komandasına dəvət almış Səlahət Ağayev, həmçinin gənclərdən ibarət milli komandaya çağrılmış Azər Salahlı və Fuad Bayramov da iştirak etmirdilər. Bir müddətdir zədəsi üzündən məşq etməyən Mirzağa Hüseynpur da fərdi proqramlar üzrə hazırlıqlara başlayıb.
"İnter" fasilə müddətində yoxlama oyunu keçirmək qərarına gəlib. Kaxaber Tsxadadzenin yetirmələrini sentyabrın 6-da “Sumqayıt”la oyunda sınayacaq. “Bakı”nın təlim-məşq bazasında baş tutacaq oyun saat 18.00-da başlayacaq.
Qeyd edək ki, "İnter" Premyer Liqanın III turunda "Sumqayıt"la qarşılaşıb və 5:1 hesablı qələbə qazanıb.
Fanat.az