Topaz Premyer Liqasının V turu çərçivəsində sentyabrın 13-də səfərdə "Simurq"la üz-üzə gələcək "Qəbələ" matçın hazırlıqlarını doğma məkanda davam etdirir. Fanat.az xəbər verir ki, AZAL-la oyundan sonra iki gün istirahət edən, ardından isə Qəbələdə bir araya gələn "qırmızı-qaralar" dünəndən məşq prosesini bərpa edib.
Məşqlərdə zədəsi olan Vladimir Levin və milli komandaların heyətində yer alan Kamran Ağayev, Cavid Hüseynov, Ruslan Abışov, Ruslan Əmircanov (əsas milli), Ürfan Abbasov (U-21) iştirak etmir.
Dorinel Muntyanunun yetirmələri hazırlıq çərçivəsində sentyabrın 6-ı "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası ilə qarşılaşacaq.
Fanat.az