“Neftçi” bu gün Avstriyada sonuncu – altıncı yoxlama oyununu keçirməli və Rumıniyanın “Vasluy” klubu ilə qarşılaşmalı idi. Fanat.az xəbər verir ki, qarşılaşma baş tutmayacaq.
Oyunun təxirə salınmasına səbəb “Neftçi”nin dünən “Terek”lə qarşılaşması olub. Bir gün əvvəl meydana çıxan futbolçuları yormaq istəməyən Böyükağa Hacıyev qarşılaşmanın təxirə salınmasına qərar verib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl Avstriyada Rusiyanın “Volqa” (0:1), Almaniyanın “Energi Kottbus” (0:2), İsrail “Makkabi” (Hayfa, 0:3) klublarına uduzub, digər Almaniya təmsilçisi “Vakker Burqhauzen”ə qalib gəlib (3:0), Rusiya “Terek”i ilə sülh bağlayıb (0:0).
İdman24.az