21 yaşadək futbolçulardan ibarət milli komandamız AVRO-2015-in seçmə mərhələsi çərçivəsində Bakıda İsrail yığmsını qəbul edir. Fanat.az xəbər verir ki, millimizin heyətində yeni futbolçu peyda olub.
Bu qapıçı Maksim Vaylodu. Qolkiperin adı matçın protokoluna salınıb və ehtiyat oyunçular akamiyasında əyləşib.
Qeyd edək ki, U-21-in avqustun 27-də açıqlanan heyətində 3 qapıçı - "Sumqayıt"dan Şahrudin Məhəmmədəliyevlə Andrey Popoviç və "Xəzər Lənkəran"dan Orxan Sadıqlı yer almışdı. Sonradan Popoviçlə Sadıqlı zədə səbəbindən heyətdən çıxarılmışdı. Görünür Maksim Vaylo bundan sonra milliyə dəvət olunub. AFFA yenə hansısa yollarla milliləşdirdiyi qapıçını yığmanın heyətinə cəlb etsə, bu barədə ictimaiyyətə məlumat verməyi lazım bilməyib.
Onu da qeyd edək ki, Maksim Vaylo 1995-ci ilin 13 mayında dünyaya gəlib. Qolkiper Kiyev "Dinamo"sunun U-21 komandasında oynayır.
Fanat.az