23:37 03.09.2014 688

"...prezidentin sərəncamı AFFA-nı maraqlandırmır" - MÜSAHİBƏ

"Araz Naxçıvan"ın prezidenti Orxan Cabbarovun müsahibəsi


- “Sumqayıt” - “Araz Naxçıvan” oyunundan sonra baş verənləri bir də sizdən eşidək...

- Artıq deyiləsi söz yoxdu. Daha doğrusu, sözümüz çoxdu, amma qurum dediyimiz sözlərə bir qədər “barmaqarası” yanaşır. Səbəbini heç aydınlaşdıra da bilmirik. Cənab prezidentin futbolun inkişafı üçün imzaladığı sərəncam deyəsən federasiyanı maraqlandırmır. Biz, eləcə də digər klublarımızın bir məqsədi var: Azərbaycanda futbolu küləviləşdirmək. Ancaq bəzi qurumlar nə edir: yalnız haqlarımızı tapdalayır. Uzun illər Muxtar Respublikada futbol olmayıb, insanlar yeni yaradılmış komandaya azarkeşlik etmək üçün bütün rayonlardan stadiona axın edirlər. Niyə? Çünki bizim məqsədimiz öncədən bəlli idi - sadəcə futbol üçün çalışmaq və cənab prezidentin sərəncamına əsasən hərəkət etmək. İndi görürük ki, bu yolda bizə maneçilik törədirlər.


- Sizə kimlərinsə maneçilik törətdiyini dediniz. Bu yolda kimlər yolunuzu kəsir?

- İlk növbədə hakimlər. Premyer Liqaya yüksəldikdən sonra hakimlər oyunlarımızda verdikləri qərəzli qərarlarla gündəmi zəbt etdilər. İlk olaraq Qəbələdə olmayan yerdən qapımıza penalti təyin olundu. İndi mən soruşuram: Rəhim Həsənova niyə təyinat vermirlər? Deməli, səhv etdiyini Hakimlər Komitəsi təsdiq edir. Buna etiraz etmədik, dedik insandı, hakimdi, səhv edə bilər. Lakin “Sumqayıt”la oyunda artıq səbr kasasını daşırdılar. İki epizodda qeydə alınmayan penalti və qol futbolçuları da ruhdan saldı. Deyək ki, bu oyunda epizodların birini hakim görmədi, səhvini qəbul etmək olar. Bəs digər, hesaba alınmayan qol? Anlamadığım bir şey var: xalqın gözü tərəzidi, yoxsa Hakimlər Komitəsinin? Yaxud bunlar gördükləri işi bacarmırlar?


- Bu etirazlar barədə PFL-ə rəsmi müraciət etmisiniz?

- Yox. Sadəcə biz inanırıq ki, Hakimlər Komitəsi özlərini gülünc vəziyyətdə qoymayaraq, bu qərarların nə dərəcədə düzgün və ya yalnış olduğuna qərar verərlər. Nədə olmasa, qurumda futbol anlayışı olan insanlar olacaq. Ancaq PFL rəhbəri Ramin Musayevlə görüşümüz olub və mübahisəli epizodların bir daha araşdırlacağına söz verilib.


- Bəs “Araz Naxçıvan”ın çempionatdan çıxarılması ilə bağlı nə deyə bilərsiz?

- Ola bilər. Hər oyunumuz hakim səhvləri ilə nəticələnsə, məğlubiyyətlə üzləşib bunu qəbul edəcəyiksə, bəri başdan desinlər, xərc çəkib səfər oyunlarına getməyək, 3 xalı elə rəqibə “hədiyyə” edək. Onsuz da bu 3 xalı Hakimlər Komitəsi rəqibə verir (gülür). 


- Mətbuatda qeyd olunub ki, bu gün “Araz Naxçıvan” PFL-ə rəsmi məktubla müraciət edib. Bu doğru xəbərdi?

- Bəli, rəsmi məktub yazılıb. Klub rəhbəri kimi, “Sumqayıt” - “Araz Naxçıvan”  oyununu idarə edən hakimlərin "Araz Naxçıvan” azarkeşlərinin hər hansı bir təzyiqinə məruz qalmamalarını düşünərək belə bir müraciət ünvanladıq. Onu da qeyd edim ki, sosial şəbəkələrdə və ya hər hansı mətbuu orqanda “Araz Naxçıvan” barədə çıxan məlumatlar klubumuzun rəsmi saytında açıqlanmırsa, bunlar əsassızdı. Sadəcə mənə maraqlıdı - “Araz Naxçıvan”ın başına gələnlər, digər klubların başına gələcəkmi? Bu suala da siz cavab verin. 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X