Topaz Premyer Liqasının son turunda "Araz Naxçıvan" üzərində qələbə qazanan "Sumqayıt" 4 günlük istirahəti başa vurub. Fanat.az xəbər verir ki, komanda Aqil Məmmədovun rəhbərliyi altında "Kapital Bank Arena"da bu gün səhər məşqlərə start verib. "Sumqayıt"ın axşam məşqi saat 19.00-da olacaq.
Qeyd edək ki, "Sumqayıt"dan U-21-in heyətində yer alan 6 futbolçu - Şahrudin Məhəmmədəliyev, Slavik Alxasov, Bəxtiyar Həsənalızadə, Tərzin Cahangirov, Ceyhun Cavadov və Məhəmməd Qurbanov hazırlıqlara nisbətən gec qoşulacaq. Zədəli olan qapıçı Andriy Popoviç də artıq kollektivə qoşulub. "Sumqayıt" sentyabrın 6-da "Bakı"nnın təlim-məşq bazasında "İnter"lə yoxlama oyunu keçirəcək.
Fanat.az