Maddi problemlər "Turan-T"nin yaxasını buraxmaq istəmir. Fanat.az xəbər verir ki, hazırlığı doğma rayonda davam etdirən və bu gün "Şəmkir"lə qarşılaşmalı olan Tovuz klubunda qiyam baş qaldırıb.
Belə ki, 3 aydı maaşlarını ala bilməyən işçilər çalışmaqdan imtina edir. Pula həsrət qalan əməkdaşlar bu gün pullarının verilməsini istəyir.
Həmçinin futbolçular da bugünkü "Şəmkir" - "Turan-T" oyununu boykot edə bilərlər. Məsələni araşdırırıq. Komandanın oyun saatınadək meydana çıxıb çıxmayacağı bəlli deyil.
Xəbəri klubun mətbuat xidmətindən də təsdiqləyiblər.
Fanat.az