"Turan-T"dəki vəziyyətlə bağlı xəbər vermişdik. Belə ki, Tovuz klubunda 3 aydı maaşlar verilmir. Bu səbəbdən dünən klubun işçiləri çalışmaqdan imtina etmiş, futbolçular rəhbərliyi "Şəmkir"lə oyunu boykot etməklə hədələmişdi.
Amma ötən gün "Turan-T" "Şəmkir"lə oyuna çıxdı və 1:3 hesabı ilə yenildi. Klubdakı son vəziyyəti öyrənmək üçün mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxladıq: "3 aydiki işçilər və futbolçular maaş almırlar. Buna gorə də narazılıq yaranmışdı. Həm işçilər, həm futbolçular məvaciblərini tələb edirdilər. Problemi həll etməyə çalışan rəhbərlik məsələnin gələn həftə həll olunacağını və pulların veriləcəyini bildirdi. Ümid edirik ki, problem qısa zamanda həll olunar".
Fanat.az