Texniki direktor Frank Bernhardtın rəhbərliyi ilə "Sumqayıt"ın akademiyası yeni mövsümə hazırlıq məqsədi ilə yoxlama oyunlarını davam etdirir. Fanat.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin U-17 komandası səfərdə "Rəvan" üzərində 7:0 hesablı qələbə qazanıb.
"Sumqayıt"ın heyətində Samir Mehdizadə və Elmin Bayramov dubl edib, Murad Məmmədxanov, Orxan Quliyev və İbrahim Abdullayev hərəyə bir qol vurub.
U-15 komandası "Rəvan"la Sumqayıtda üz-üzə gəlib və qarşılaşmadan 3:3 hesablı heç-heçə ilə ayrılıb. Meydan sahiblərinin qollarına İlkin Həbibzadə (2) və Cavaşir Qafarzadə imza atıb.
U-13 komandası səfərdə "Neftçi"ni minimal hesabla üstələyib. Yeganə qolun müəllifi Samir Məhərrəmli olub.
U-14 komanda isə "Bakı"nı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Qolların müəllifi Səbuhi Abdullazadə və Orxan Məmmədov (2) olub.
Fanat.az