“Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatakenin azerisport.az saytına müsahibəsi
- “Sliema” ilə oyuna necə hazırlaşmısız?
- Qarşıdakı oyuna yaxşı hazırlaşdığımızı düşünürəm. Komanda qələbəyə köklənib.
- Bunu sizdən ilk oyunda da gözləyirdik...
- Əlbəttə, biz Maltadakı nəticəyə görə şad deyilik. Amma bizim bu oyunda bəzi çətinliklərimiz oldu. Meydança çox ağır idi. Çox isti idi. Bütün bunlar oyunumuza təsirsiz ötüşmədi. Futbolçulardan heç biri özünü komfortda hiss etmirdi. Görünür bu üzdən qələbə qazana bilmədik.
- Lənkəranda isə sizə sadəcə meydana çıxıb qələbə qazanmaq qalır...
- Elədi. Lənkəranda qələbə qazanmağa borcluyuq.
- Qarşıdakı oyunda Elnur Allahverdiyev qırmızı vərəqə səbəbindən kömək edə bilməyəcək...
- Elnur komandamıza lazımlı futbolçudu. O, meydanda bütün 90 dəqiqə ərzində ürəkdən işləyir. Lakin bizim onu əvəzləyəcək digər layiqli futbolçularımız da var. Buna görə ruhdan düşməməliyik.
- Azarkeşlərin dəstəyinə ümidlisiz?
- Əlbəttə. Biz hamımız Lənkəran stadionunun bütün tribunalarının tam dolacağına ümid edirik. Azarkeşlərimiz bizi dəstəksiz qoymamalıdılar. Şübhəsiz ki, doğma divarlar arasında tamamilə fərqli atmosfer olacaq.
- Bəs azarkeşləriniz qarşısında məğlub olsaz, onda necə olacaq?
- Biz bu haqda heç düşünmürük. Futbolda hər şey olur. Təbii ki, məğlubiyyət böyük faciə olacaq. Amma çalışacağıq ki, rəqibin belə bir sürprizə imza atmasına imkan verməyək.
- Qələbə qazanacağınız halda sizi növbəti mərhələdə Hayfa “Maccabi”si (İsrail) gözləyir. Hansı ki, bu komanda bir neçə gün öncə “Neftçi”yə 3:0 hesabıyla qalib gəlib...
- Onların “Neftçi”yə qalib gəlməsindən xəbərim var. “Maccabi” tamamilə fərqli komandadı. “Sliema”dan daha güclüdülər. Amma biz hələ maltalıları keçmək haqda düşünməliyik. Yalnız ondan sonra İsrail klubu barədə düşünmək olar. Futbolda hər şey olur.
- “Qarabağ” və “İnter” də bu gün cavab matçına çıxacaq. Onlardan nə gözləyirsiz?
- Hər üç komandamızın növbəti mərhələyə keçməsini arzulayıram. “Qarabağ”ın şansı daha yüksəkdi. Onlar ilk oyunda da qalib gəliblər. “İnter”in evdə heç-heçə etməsinə baxmayaraq, növbəti mərhələyə keçəcəyini düşünürəm. Bu, Azərbaycan futboluna çox böyük fayda gətirər. Hamya uğurlar arzulayıram.
İdman24.az