Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Skenderbeu” – “Neftçi” oyununun baş hakimi müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA qarşılaşmanı polşalı Pavel Gilə tapşırıb.
Pavel Gil 1976-cı ildə dünyaya gəlib və 2009-cu ildən FİFA referisidi. UEFA-nın 1-ci kateqoriyasına daxil olan ədalət təmsilçisi sərtliyi ilə seçilir. Belə ki, o, idarə etdiyi matçlarda çox sayda sarı və qırmızı vərəqədən istifadə edir. Gil ötən mövsüm Çempionlar Liqasının və Avropa Liqasının qrup mərhələsinə, həmçinin Avroliqanın 1/32 və 1/16 final mərhələlərinin oyunlarına təyinat alıb.
Ümumilikdə o, idarə etdiyi 31 beynəlxalq matçda futbolçulara 123 sarı və 10 qırmızı vərəqə göstərib.
Qeyd edək ki, “Skenderbeu” – “Neftçi” oyunu iyulun 23-də Korçedəki “Skenderbeu” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Bu komandalar arasında iyulun 17-də Bakıda baş tutacaq il oyunu Cənubi Kiprdən olan FİFA referisi Leontios Trattou idarə edəcək.
İdman24.az