11:20 08.09.2014 492

Lippert: "6 il əvvəl futbolçular belə oynaya bilmirdi"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippertin müsahibəsi
 
- İsrail yığması ilə oyundan bir neçə gün keçib. Hansı təəssüratlar var, zaman keçdikcə fərqli görünən məqamlar oldumu?
- Hesab edirəm ki, İsrail yığmasına qarşı komanda xarakter, meydanda gördüyü iş, mübarizə aparmaq baxımından bəlkə də indiyəqədərki ən yaxşı oyununu nümayiş etdirdi. Göstərdiyi oyuna görə komanda üzvlərinə təşəkkürümü bildirmişdim. Lakin ictimaiyyət önündə bunu bir daha etməyi zəruri hesab edirəm. Ancaq bir məsələni də bildirəm istəyirəm. Adətən elə olur ki, bir uğurlu oyundan və həmin oyunla bağlı tərifləri eşitdikdən sonra böyük eniş yaşayırıq. Bəlkə də bu mentalitetlə bağlıdı. İndi əsas istəyimiz odu ki, futbolçular keçmiş oyunla çox yaşamasınlar. Qarşıdakı görüşə tam qüvvəylə hazırlaşsınlar və Avropanın ən yaxşı komandalarından birinə qarşı oyundan daha yaxşı nəticəylə ayrılaq. Məncə, Portuqaliya yığması Avropa çempionu olmağa ən real namizədlərdən biridi.
 
- Nəticəyə səfərdəki məğlubiyyətin revanşını almaq istəyi təsir etdimi?
- Sözsüz ki, oyunda revanş çalarları vardı. Çünki birinci qarşılaşmada xoşagəlməz oyun və nəticə vardı. Komandada özünü dəyərləndirən hər bir şəxs bu qarşılaşmaya revanş kimi baxmalıydı. Uşaqlar da bu oyuna elə yanaşdılar və indiyə qədər görmədiyim mübarizə əzmi göstərdilər.
 
- Oyundan əvvəl əsas qapıçılardan ikisi zədələnmişdi. Bu üzdən qapını Şahruddin Maqomedaliyev qorudu. Onun oyunu barədə fikriniz necədi?
- Sözün düzü, o, mənim üçün əsas seçimlərdən biridi. Oyununu mütəmadi izləyirəm. Çempionatdakı görüşlərində də özünü yaxşı tərəfdən göstərir. İlk oyununa çıxdı və əsəblərinə hakim olduğu görünürdü. Sübut etdi ki, ona etimad göstərə bilərik. Heç kim onun istedadına şübhə etməməlidi. Sadəcə, beynəlxalq oyun təcrübəsinə ehtiyacı var.
 
- Hazırda U-21-in aktivində 7 xal var. Makedoniya yığması ilə hər iki görüşdə, Norveç komandasına qarşı isə Bakıdakı oyunda itirilən xalların dəyəri bu məqamda daha çox hiss olunurmu?
- Makedoniya yığması ilə oyunlardakı nəticəyə görə daha çox təəssüflənirəm. Heyf ki, o qarşılaşmalarda yaxşı nəticə göstərə bilmədik. Norveç yığması ilə görüşə gəlincə, həqiqəti demək lazımdı ki, onlar 70-ci dəqiqədən sonra bacarıqlı komanda kimi özünü göstərdi. Həm də burada başqa amillər də vardı. Bizdə mövsümün sonu idi. Bir çox futbolçular klublarında oynamırdılar. Norveç çempionatında isə 10 tur keçmişdi. Onlar yaxşı formada idilər.
 
- Portuqaliya yığması ilə oyunun hazırlığı necə gedir?
- Heyətlə bağlı problemlər var. Namiq Ələsgərov bizimlə gələ bilmədi. Tərlan Quliyev isə əsas milliyə çağırıldı ki bu, bizim üçün sevindirici haldı. Özü də bu baxımdan Tərlan yeganə oyunçu deyil. Araz Abdullayev, Elvin Yunuszadə, Qara Qarayev, Emil Balayev də əsas millidədi. İlk iki gün komanda yüngül məşqlər etdi. İndi taktiki hazırlıqlar üzərində işləyirik. Məqsədimiz odu ki, Portuqaliya ilə görüşə komanda tam hazır olsun. Onlar qrupda xal itirməyiblər. Keçirdikləri 7 görüşün hamısında qalib gəliblər. Son iki il yarımda uduzmayıblar. Bizi çox gərgin oyun gözləyir. Üstəlik, komandamızın əsas oyunçularından bir neçəsi yoxdu. Axırıncı görüşdə 1994-cü il təvəllüdlü üç oyunçu ilə meydana çıxdıq. Şahruddin Maqomedaliyev, Taşkın İlter və Azər Salahlı oynayırdılar. Onların sayı daha da arta bilərdi. Əsas odu ki, İsrail yığması ilə matçda olduğu kimi, bu dəfə də futbolçular meydanda əzmkarlıqla oynasınlar. Bu, onlar üçün böyük təcrübədi. Avropanın ən yaxşı komandalarından birinə qarşı səfərdə oynamaq və bacarığını nümayiş etdirmək çox vacibdi. Ümid edirəm ki, futbolçular bizim istədiyimizi nümayiş etdirə biləcəklər. Mümkün qədər yaxşı nəticə göstərməyə çalışacağıq.
 
- Qələbə qazanılsa, həm özünüz, həm də U-21 rekord miqdarda - 10 xal toplamış olacaq...
- Sözün düzü, mən nəticəyə baxmıram. Ən ümdə məqsəd əsas milliyə futbolçu yetişdirməkdi. Hazırda 5 futbolçu orada çıxış edir. Onların sayının daha çox olmasına çalışırıq.
 
- Bu, sizin U-21-də son oyununuz olacaq. Geridə qalan 6 il ərzindəki fəaliyyətinizi necə dəyərləndirirsiniz?
- Mənə elə gəlir ki, dirçəlişi görməmək mümkün deyil. Öz işimə uzunmüddətli inkişaf prosesi kimi baxırdım. Altı il əvvəl futbolçular belə oynaya bilmirdilər. Onların bacarığı əvvəlki illərlə müqayisədə daha yüksək səviyyədədi. Bu o demək deyil ki, təkcə bizim uğurumuzdu. Klublarda da işlər gedir. Çatışmazlıqlar olsa da, indi inkişaf göz önündədi. Son altı ildəki nəticələr, ümumilikdə, müsbətdi.
 
- İndi bütün diqqətinizi texniki direktorluğa yönəldəcəksiniz. Bu işdə əsas məqsədləriniz nədi?
- Görməli olduğumuz çox işlər var. Qarşıdan 17 yaşadək futbolçuların Avropa çempionatı gəlir. Məşqçi kursları var. Futbol ədəbiyyatını hazırlamalıyıq ki, bu sahədə işləmək istəyənlərin məlumat ala biləcəyi kitablar olsun. Pro kateqoriyalı kurslar keçirilməlidi. Bundan başqa, klublarda çalışan idman direktorlarının işinə nəzarət eməliyik. Qısa desək, iş çoxdu.

affa.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

Facebookdan bizi izləməyi unutmayın.
X