I divizionun II turuna hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, Premyer Liqa hakimlərindən üçü aşağı dəstəyə göndərilib.
Belə ki, FIFA referisi Rəhim Həsənov “Şahdağ” - “Qaradağ Lökbatan” oyununu idarə edəcək. Sabiq FIFA referisi Fariz Yusifov “Neftçala” - “Zirə”, Ramil Diniyev isə “Kəpəz” - “Şuşa” matçına təyinat alıb.
Qeyd edək ki, Rəhim Həsənovla Fariz Yusifov sonuncu dəfə Premyer Liqaya II turda təyinat alıb. Ramil Diniyev isə III və IV turlarda oyun idarə edib.
11 sentyabr
Kəpəz - Şuşa
Hakimlər: Ramil Diniyev, Habil Əliyev, Zeynal Zeynalov, Rəşad Əhmədov.
Gəncə şəhər stadionu, 17.30
Şahdağ - Qaradağ Lökbatan
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Rahil Ramazanov, Yusif Hüseynov.
Şövkət Orduxanov adına Qusar şəhər stadionu, 17.30
Rəvan - Mil-Muğan
Hakimlər: Fərid Məmmədov, Elman Kərimov, Kamran Bayramov, Vüqar Həsənli.
“Bayıl Arena”, 20.00
12 sentyabr
Göyəzən - Ağsu
Hakimlər: Ramiz Məhərrəmov, Cəmil Quliyev, Taleh Məmmədov, Samir Hüseynov.
Qazax şəhər stadionu, 17.30
Neftçala - Zirə
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Elşən Acalov, Anar Fərəcov.
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu, 17.30
MOİK - Lokomotiv
Hakimlər: Elgün Hüseynov, Rəşadət Cəfərov, Müslüm Əliyev, Vüsal H.Əliyev.
“Bakı”nın təlim-məşq bazasının stadionu, 17.30
Energetik - Şəmkir
Hakimlər: Camaləddin Hacıyev, Kamran Qədirov, Samir Ələsov, Emil Müsadiq.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 17.30
Fanat.az