Topaz Premyer Liqasının V turunun iki oyunu canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, hər iki qarşılaşmanı "İdman Azərbaycan" telekanalı efirə verəcək.
Telekanal sentyabrın 13-də, saat 21.00-da başlayacaq AZAL - “Qarabağ” oyununu azarkeşlərə təqdim edəcək. Bir gün sonra isə saat 17.30-da start götürəcək “Bakı” - “Sumqayıt” matçı canlı yayımlanacaq.
Dövlət kanalı sentyabrın 13-də keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" oyununu efirə verməyəcək.
Fanat.az